Möcüzəni öncədən görənlər
14.08.2022 - 14:51
Möcüzəni öncədən görənlər

Futbol tarixi qeyri-adi axara malik oyunlarla zəngindir.

Apasport.az saytının məlumatına görə, belə qarşılaşmalardan biri 2010-cu ildə Anqolada keçirilən Afrika Millətlər Kubokunda baş tutub.

Meydan sahibləri ilk turda Malini sınağa çəkib. Görüşün 74-cü dəqiqəsində Anqola yığması 4-cü qolu vurub.

Hesab 4:0 olduqdan sonra Almaniya, Moldova və Kiprdə bu qarşılaşmaya sanballı məbləğdə qoyuluşlar edilib. Həmin şəxslər Malinin uduzmayacağına pul qoyub.

Bunun da əmsalı 1000-ə bərabər olub. Malililərin kambeki 79-cu dəqiqədə başlayıb. Qısa müddətdə 4 qol vuran yığma məğlubiyyətdən xilas olub.

Görüşün 74-cü dəqiqəsində onlayn pul qoyuluşlarının edilməsi araşdırmalara yol açıb. Xüsusi komissiya yaşananları uzun-uzadı araşdırıb. Yekunda matçın ədalətli keçdiyi, danışılmış olmadığı üzə çıxıb. Proqnozsevərlər isə bu möcüzəli geridönüşdən yaxşı qazanc əldə edib.
 

writer photo
Əlirza Əlirzalı
0