Modriç müqaviləni uzadır
06.05.2023 - 10:07
Modriç müqaviləni uzadır

“Real”ın futbolçusu Luka Modriçin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi İspaniya klubu ilə müqaviləni uzadacaq.

Xorvatiyalı ulduzun yeni anlaşması 2024-cü ilin yayına qədər nəzərdə tutulacaq. Tərəflər bununla bağlı ilkin razılıq əldə edib.

Yaxın günlərdə müqavilənin uzadılması rəsmiləşəcək. Anlaşması bu yay başa çatacaq Modriç Səudiyyə Ərəbistanından təklif alsa da, “Real”da qalmağa üstünlük verib.

Qeyd edək ki, cari mövsüm La Liqada 28 matça çıxan Luka 4 qol və 3 asssitə imza atıb. O, 2012-ci ildən “Real”ın formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0