Modriçə Ərəbistandan təklif
10.06.2023 - 23:27
Modriçə Ərəbistandan təklif

“Real”ın daha bir futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, Luka Modriç ərəb klublarından alıb.

37 yaşlı futbolçuya üç illik müqavilə və 120 milyon avro təklif edilib. Amma Modriç Madrid klubunu tərk etmək niyyətində deyil. Əgər “Real” yeni sərfəli müqavilə təklif edirsə, Luka karyerasını burada davam etdirəcək.

Qeyd edək, xorvatiyalı futbolçu Qətər klublarından da təklif alsa da, imtina etmişdi.

writer photo
Əlirza Əlirzalı
0