“Molde” “qara zolaq”da
06.11.2023 - 12:00
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Molde" növbəti oyununda da uduzub.
Apasport.az xəbər verir ki, komanda Norveç çempionatının 27-ci turda “Rusenborq”la qarşılaşıb.
"Molde" 1:3 hesabı ilə meydanı məğlub tərk edib. Bu, komandanın ardıcı 4-cü məğlubiyyəti olub.
Qeyd edək ki, “Molde” Norveç çempionatında 44 xalla 5-ci pillədədir.
0
0