“Monako” hücumçusunu itirdi
07.08.2023 - 22:18
“Monako” hücumçusunu itirdi

“Monako” yeni mövsümün startı ərəfəsində ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, “Knyazlıq klubu” əsas hücumçusu Brel Embolonun xidmətindən məhrum olub.

26 yaşlı isveçrəli forvard ciddi zədə alıb. Bu üzdən Embolo bir neçə ay meydanlardan kənar qalacaq.

Qeyd edək ki, Brel 2022-ci ilin yayında Mönhenqladbax “Borussiya”sından “Monako”ya keçib. Onun müqaviləsi 2026-cı ildə başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0