Morata 50 milyonluq təklifdən imtina etdi
15.06.2023 - 23:26
Morata 50 milyonluq təklifdən imtina etdi

Alvaro Morata Səudiyyə Ərəbistanından sərfəli təklif alıb.

Apasport.az saytı xəbər verir ki, “Əl-Tavun” bu transfer üçün “Atletiko” ilə danışıqlara başlayıb.

Əgər bu keçid baş tutarsa, futbolçu 50 milyon avro maaş alacaq. Amma Morata bu təklifə isti münasibət bəsləmir. O, karyerasını Avropada davam etdirmək niyytindədir. Alvaronu heyətində görmək istəyən klublardan biri də “Əl-Hilal”dır.

Qeyd edək ki, İspaniya yığmasının üzvü Morata “Atletiko”, “Yuventus”, “Real” və “Çelsi” kimi klublarda çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0