Moratanın arzusu
08.07.2022 - 00:34
Moratanın arzusu

Alvaro Morata yenidən “Yuventus”a qayıtmaq istəyir.

Apasport.az saytının məlumatına görə, “Atletiko”nun hücumçusu son iki mövsümü icarə əsasında Turin klubunda keçirib.

“Qoca sinyora”nın idman direktoru Federiko Çerubini İspaniya millisinin üzvünün qaytarılması ilə bağlı danışıqlarda vasitəçi rolunu oynayır. Morata özü menecerinə nəyin bahasına olursa-olsun İtaliya klubunda oynamaq istədiyini bildirib və “Atletiko” rəhbərliyi də bu barədə məlumatlandırılıb.

Qeyd edək ki, 29 yaşlı forvardın “Atletiko” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0