Motta 2 "Bolonya" futbolçusunu "Yuventus"a apara bilər
24.05.2024 - 10:37
Seriya a təmsilçilərindən "Bolonya"nın baş məşqçisi Tiaqo Motta yeni mövsümdən Turin "Yuventus"unda çalışacaq.
Apasport.az “Tuttosport”a istinadla xəbər verir ki, italiyalı mütəxəssis “Yuventus”a özü ilə 2 futbolçu apara bilər.
Söhbət mərkəz müdafiəçisi Rikardo Kalafiori və hücumçu Coşua Zirkzedən gedir.
Qeyd edək ki, "Bolonya" daha əvvəl hər iki futbolçuya ümumilikdə 100 milyon avro qiymət qoyub.
0
0