Mourinyo iş yerini dəyişə bilər
03.01.2024 - 15:58
Mourinyo iş yerini dəyişə bilər

"Roma"nın çalışdırıcısı, portuqaliyalı mütəxəssis Joze Mourinyo iş yerini dəyişə bilər.

Apasport.az “Corriere dello Sport”a istinadla xəbər verir ki, Braziliya millisi Mourinyonun namizədliyini nəzərdən keçirir.
Cənubi amerikalılar əvvəlcə Karlo Ançelottini dəvət etməyi planlaşdırsalar da, mütəxəssis "Real"la müqaviləsini uzatmaq qərarına gəlib.
Joze 2021-ci ilin iyulundan "Roma"nın baş məşqçisidir. Tərəflər arasında mövcud müqavilə 2023/2024 mövsümünün sonunda başa çatır.

writer photo
Əlirza Əlirzalı
0