Mourinyodan “Roma” qərarı
29.03.2023 - 16:24
Mourinyodan “Roma” qərarı

Joze Mourinyo gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis “Roma”da qalacaq.

Təcrübəli məşqçi müqaviləsinin başa çatacağı 2024-cü ilin yayına qədər klubu tərk etməyəcək. Düzdür, Mourinyo digər ölkələrdən çoxsaylı təkliflər alıb. Lakin klub rəhbərliyi ilə yaxşı münasibətdə olan çalışdırıcı getməməyə üstünlük verib.

Qeyd edək ki, Mourinyo “Roma”nın baş məşqçisi kimi Konfrans Liqasının ilk qalibi olub.
 

writer photo
Əlirza Əlirzalı
0