Mourinyonun təklifi rədd edildi
19.09.2022 - 22:38
Mourinyonun təklifi rədd edildi

“Roma”nın baş tutmayan yay transferi bəlli olub.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu Qranit Cakanı heyətinə qatmağa cəhd edib.

Yarımmüdafiəçinin “Arsenal”dan transferini baş məşqçi Joze Mourinyo istəyib. Lakin isveçrəli futbolçu təklifi rədd edib. O, Londonu tərk etmək istəmədiyini bildirib.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2016-cı ilin yayından “topçular”ın formasını geyinir.
 

writer photo
Əlirza Əlirzalı
0