“Marca” nəşri 2021/22 mövsümünün ən yaxşı 25 gənc futbolçusunun siyahısını dərc edib.
Apasport.az saytının məlumatına görə, reytinqə ötən mövsümün startında yaşı 21-dən çox olmayan oyunçular salınıb.
“Real”ın hücumçusu Vinisyus Junior ən yaxşı gənc futbolçu seçilib. İkinci yeri yayda Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçən Erlinq Haland tutub. Üçüncü pillədə isə “Barselona”nın yarımmüdafiəçisi Pedri qərarlaşıb.
2021/22 mövsümünün ən yaxşı 25 gənc futbolçusu:
1. Vinisyus Junior (“Real”)
2. Erlinq Haland (“Borussiya”, Dortmund / “Mançester Siti”)
3. Pedri (“Barselona”)
4. Duşan Vlahoviç (“Fiorentina” / “Yuventus”)
5. Fil Foden (“Mançester Siti”)
6. Cüd Bellingem (“Borussiya”, Dortmund)
7. Qavi (“Barselona”)
8. Orelyen Çuameni (“Monako” / “Real”)
9. Antoni (“Ayaks”)
10. Sandro Tonali (“Milan”)
11. Bukayo Saka (“Arsenal”)
12. Camal Musiala (“Bavariya”)
13. Florian Virtz (“Bayer”)
14. Rodriqo (“Real”)
15. Ansu Fati (“Barselona”)
16. Eduardo Kamavinqa (“Real”)
17. Kərim Adeyemi (“Zalsburq” / “Borussiya”, Dortmund)
18. Fabio Vieyra (“Porto” / “Arsenal”)
19. Rayan Qravenberx (“Ayaks” / “Bavariya”)
20. Pyer Kalulu (“Milan”)
21. Conatan Devid (“Lill”)
22. Ferran Torres (“Mançester Siti” / “Barselona”)
23. Qabriel Martinelli (“Arsenal”)
24. Şarl de Ketelare (“Brügge”)
25. Konor Qallaxer (“Çelsi” / “Kristal Pelas”)