Müllerin yubiley qələbəsi
21.09.2023 - 11:33
Müllerin yubiley qələbəsi

Tomas Müller Çempionlar Liqasında yubiley qələbəsini qazanıb. 

Apasport.az saytı xəbər verir ki, "Bavariya”nın hücumçusu qitənin ən mötəbər klub turnirində 100-cü dəfə qalib gəlib. 

34 yaşlı oyunçu “Mançester Yunayted”lə matçın 87-ci dəqiqəsində Harri Keyni əvəz edib. Bununla da almaniyalı Kriştiano Ronaldo (115) və İker Kasilyasdan (101) sonra bu uğura imza atan 3-cü futbolçu olub. 

Qeyd edək ki, Müllerin Çempionlar Liqasında debütü 2009-cu il mart ayının 10-a təsadüf edib. Həmin matçda Münhen klubu "Sportinq"ə 7:1 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0