Nani Avstraliya klubunda
12.07.2022 - 11:16
Nani Avstraliya klubunda

Məşhur portuqaliyalı futbolçu Nani karyerasını Avstraliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi “Melburn Viktori” ilə müqavilə imzalayıb.

Mövsümöncəsi hazırlıq keçən komandaya yaxın günlərdə qoşulacaq Nani həmin anı səbirsizliklə gözlədiyini açıqlayıb: “Bu çağırış mənim üçün maraqlı gəldi. Gördüklərimə əsasən, bu komanda liqanın ən yaxşısıdır və azarkeşlər tribunadakı ab-havanı Avropadakından pis etmirlər”.

Qeyd edək ki, Nani “Venesiya”dan ayrıldığı üçün “Melburn Viktori”yə azad agent kimi keçib.

writer photo
Əlirza Əlirzalı
0