Nani Türkiyə klubu ilə müqavilə imzaladı
14.07.2023 - 12:17
Nani Türkiyə klubu ilə müqavilə imzaladı

Daha bir tanınmış futbolçu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, “Adana Dəmirspor" yarımmüdafiəçi Naninin transferini açıqlayıb.

Portuqaliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. 36 yaşlı Nani son olaraq Avstraliyada "Melburn Viktori"də oynayıb. 

Qeyd edək ki, zəngin karyeraya malik Nani "Sportinq", "Mançester Yunayted", "Fənərbaxça", "Valensiya" və Latsio" kimi komandalardakı çıxışı ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0