“Napoli”də daha bir itki
08.04.2023 - 13:33
“Napoli”də daha bir itki

“Napoli” növbəti itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Covanni Simeone zədələnib.

Hücumçu A seriyasının “Leççe” ilə görüşündə zədələnib. 66-cı dəqiqədə meydana daxil olan futbolçu 82-ci dəqiqədə əvəzlənməli olub.

Onun aprelin 12-də Çempionlar Liqasının “Milan”la görüşündə iştirakı sual altına düşüb. Həmin matçda digər hücumçu Viktor Osimhen də oynaya bilməyəcək.
 

writer photo
Əlirza Əlirzalı
0