“Napoli”dən Kvaratsxeliya QƏRARI
20.12.2022 - 14:35
“Napoli”dən Kvaratsxeliya QƏRARI

İtaliyanın “Napoli” klubunun futbolçusu Xviça Kvaratsxeliya İngiltərə klubunun diqqət mərkəzinə düşüb. 

Apasport.az xəbər verir ki, 21 yaşlı gürcü hücumçunu “Nyukasl” heyətinə qatmaq istəyir. 

Bu keçid üçün neapollulara 50 milyon avro təklif olunub.
Ancaq “Napoli”nin idman direktoru Kristiano Giuntoli bildirib ki, Kvaratsxeliyaya görə hər hansısa məbləğ önəmli deyil və onun klubdan getməsini istəmirlər.

Qeyd edək ki, Xviça mövsümün əvvəlində 10 milyon avroya Batumi “Dinamo”sundan transfer olunub. Gürcü futbolçu “Napoli”nin heyətində meydana çıxdığı 12 çempionat oyununda 5 qol və 7 ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0