Navas İspaniya çempionatına qayıda bilər
18.03.2024 - 14:16
Navas İspaniya çempionatına qayıda bilər

Fransa klubu olan PSJ-də çıxış edən Keylor Navas İspaniya çempionatına qayıda bilər. 

Apasport.az “Todofichajes” nəşrinə istinadla xəbər verir ki, təcrübəli qolkiper bir neçə klubun marağındadır.

37 yaşlı futbolçu uğrunda “Betis”, “Sevilla” və “Las Palmas” yarışacaq. Müqavilə yay “transfer pəncərəsi”ndə tamamlana bilər. 

Kosta rikalının Paris nəhəngləri ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir.

writer photo
Əlirza Əlirzalı
0