Navasdan tarixi göstərici
19.06.2023 - 16:16
Navasdan tarixi göstərici

İspaniya millisinin müdafiəçisi Xesus Navas adını futbol tarixinə yazdırıb.

Apasport.az saytı xəbər verir ki, 37 yaşlı futbolçu dünya və Avropa çempionatları və Millətlər Liqasını qazanan ilk futbolçu kimi tarixə düşüb.

O, 2010-cu ildə mundialın qızıl medalına yiyələnib. 2 il sonra Avropa çempionu tiuluna yiyələnən Navas bir gün öncə Millətlər Liqasının da qalib olub. 

Qeyd edək ki, veteran müdafiəçi İspaniya millisində 2009-cu ildə debüt edib. O, yığmanın heyətində 48 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0