Nəhənglərin ortaq hədəfi
02.12.2023 - 16:49
Nəhənglərin ortaq hədəfi

Avropa nəhəngləri Tristan Panduronu heyətinə qatmaq istəyir.

Apasport.az xəbər verir ki, “Kopenhagen”in yarımmüdafiəçisi bir neçə klubun maraq dairəsindədir.

15 yaşlı istedadın xidmətində “Arasenal” və “Mançester Siti” maraqlıdır. Böyük klublar üçün futbolçu yetişdirməsi ilə tanınan “Benfika” və Dortmund “Borussiya”sı da Panduronu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Tristan Danimarkanın U-16 yığmasının aparıcı üzvüdür.
 

writer photo
Əlirza Əlirzalı
0