Neymar məşqi yarımçıq tərk etdi
01.06.2022 - 21:53
Braziliya millisi itki ilə üzləşə bilər.
Apasport.az saytının məlumatına görə, Neymarın Cənubi Koreya yığması ilə yoldaşlıq oyununda iştirakı sual altına düşüb.
30 yaşlı hücumçu bugünkü məşqi sona çatdıra bilməyib. Sağ ayağında ağrılar onu komanda məşqlərindən ayırıb.
Neymarın sabahkı görüşdə iştirak edib-etməyəcəyi bəlli deyil. Bu qarşılaşma Seulda keçiriləcək.
Qeyd edək ki, Neymar 2010-cu ildən Braziliya yığmasının formasını geyinir.
0
0