Neymar: “Onu heç vaxt unutmayacam”
12.12.2022 - 12:25
Neymar: “Onu heç vaxt unutmayacam”

Braziliya millisinin hücumçusu Neymar dünya çempionatının 1/4 finalında Xorvatiyaya məğlub olduqdan sonra yığmadan istefa verən Tite barədə fikirlərini açıqlayıb. 

Apasport.az saytının məlumatına görə, PSJ-nin 30 yaşlı forvardı təcrübəli mütəxəssis barədə xoş sözlər deyib. 

O bildirib ki, Tite karyerasında ən yaxşı məşqçi kimi qalacaq: “Elə olub ki, haqqımda neqativ fikirlərə düşünmüsüz. Sizi baş məşqçi təyin edib, mənə 10 nömrəni verdilər. Barənizdə heç vaxt mənfi fikirdə olmamışam. Baş məşqçi kimi əla idiz, insan kimi isə ondan yaxşı. Həyatımda ən yaxşı çalışdırıcılardan biri olaraq qalacaqsız və hər an sizi dəstəkləyəcəm. Təbii ki, Xorvatiya ilə oyunda bizim əla fürsətlərimiz oldu. O anları dəyərləndirə bilmədiyimiz üçün təəssüflənirəm. Siz və komanda kuboka sahib olmağa layiq idi. Uduzmağımız hər birimizi məyus edir. Bizə yalnız səbir etmək lazımdır. Sizin “ruhən güclü olun” sözlərinizi heç vaxt unutmayacam”.

Qeyd edək ki, Tite 2016-2022-ci illərdə Braziliya millisini çalışdırıb. 

writer photo
Əlirza Əlirzalı
0