Neymar üçün NASA texnologiyası
28.11.2022 - 14:45
Braziliya millisinin futbolçusu Neymarın DÇ-2022-nin gedişində necə müalicə aldığı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Serbiya ilə I turun qarşılaşmasında zədələnən hücumçu NASA texnologiyaları vasitəsilə müalicə alır.
30 yaşlı forvard topuğundakı zədə üzündən intensiv fizioterapiya kursu keçir. Bu kurs NASA texnologiyalarının bazasında yaradılmış kompres çəkmələrin köməyi ilə aparılır. Bu cihaz ağrıları azaldır, ödəm və əzələ gərginliyini azaldır.
Qeyd edək ki, Neymar zədə səbəbindən qrup mərhələsinin digər iki oyununu buraxacaq.
0
0