Neymardan yubiley qolu
17.10.2022 - 09:03
Neymardan yubiley qolu

Fransa Liqa1-nin XI turunda “Marsel”lə keçirilən oyun PSJ-nin hücumçusu Neymar üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu prinsipial qarşılaşmada yubiley qoluna imza atıb.

Matçda həlledici topun müəllifi olan Neymar karyerası ərzində ölkə çempionatlarındakı qollarının sayını 200-ə çatdırıb. 30 yaşlı braziliyalı buna 329 görüşdə nail olub. Neymar Liqa1-də 78 “Barselona” ilə İspaniya La Liqasında 68, “Santos”un heyətində isə Braziliya çempionatında 54 dəfə fərqlənib.

Bundan başqa, Braziliya millisinin üzvü PSJ-dəki ümumi qol sayını 112-yə çatdırıb. Hazırda o, Fransa klubu tarixinin bombardirləri siyahısında dördüncüdür. Üçüncü pillədə Zlatan İbrahimoviç (156 qol) qərarlaşıb.

Qeyd edək ki, “Marsel” üzərində 1:0 hesablı qələbə qazanan PSJ 29 xalla turnir cədvəlinə başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0