Niderlandda darmadağın rekordu
04.03.2023 - 13:27
Niderlandda darmadağın rekordu

Niderland çempionatında rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, 1-ci liqanın XXVII turunda “Zvolle” “Den Bosx”u darmadağın edib.

13:0 hesabı ilə qalıb gələn “Zvolle” Niderland çempionatları tarixinin rekordunu təkrarlayıb. 2020-ci ildə “Ayaks” “Venlo”nu eyni hesabla məğlub edib.

Fasiləyə qədər 7 qol vuran “Zvolle”nin futbolçusu Apostolos Vellios 12-ci dəqiqəyə qədər het-trik edib. O, bu liqanın rekorduna imza atıb.

Qeyd edək ki, 27 oyunda 60 xal toplayan “Zvolle” yarışın lideridir.
 

writer photo
Əlirza Əlirzalı
0