Niderlandlı ulduz "Komo" yolunda
28.08.2024 - 19:41
Niderlandlı ulduz "Komo" yolunda

İtaliyanın "Komo" klubu heyətini niderlandlı ulduzla gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, Memfis Depay karyerasını "Komo"da davam etdirə bilər.

Depay italyanlardan illik 5 milyon avro tələb edib. İddialara görə, qarşı tərəf bu şərti qəbul edib. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanacağı gözlənilir. Qarşıdakı günlərdə transfar rəsmiləşə bilər.

Qeyd edək ki, karyerası ərzində "Mançester Yunayted", "Atletiko Madrid", "Barselona" kimi klublarda oynamış Depay karyerası ərzində 459 matça çıxıb, 172 qol vurub, 97 məhsuldar ötürmə verib. 

 

writer photo
Əlirza Əlirzalı
0