Noyer məşqlərə başladı
28.08.2023 - 15:36
Noyer məşqlərə başladı

Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer məşqləri bərpa edib.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper Münhen klubunun digər əlcək sahibləri ilə birlikdə hazırlıq keçib.

Bu, Noyerin son 8,5 ayda qatıldığı ilk kollektiv məşqdir. Ötən ilin dekabrında ayağı sınan Manuel həmin vaxtdan məşqlərdən kənar qalmışdı.

Qeyd edək ki, xizəkdən yıxıldığı üçün ayağı qırılan Noyer sonuncu rəsmi matçını 2022-ci il dekabrın 1-də keçirib. 
 

writer photo
Əlirza Əlirzalı
0