Nikolas Raysel: “Qarabağ” “Gent”lə oyunun favoritidir”
20.01.2023 - 12:48
Nikolas Raysel: “Qarabağ” “Gent”lə oyunun favoritidir”

“Həqiqətən də maraqlı oyun olacaq. Özüm də bu matçı maraqla gözləyirəm və həmin gün stadionda olacam”. 

Bunu apasport.az saytına Azərbaycanda “Qəbələ” və “Səbail”in şərəfini qoruşuş fransalı futbolçu Nikolas Raysel Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın Belçika klubu “Gent”lə duelini dəyərləndirərkən deyib.

Hazırda Belçikada “Dender” klubunda oynayan yarımmüdafiəçinin sözlərinə görə, cütün favoriti Azərbaycan çempionudur: “Hər iki komanda da iddialıdır. Amma məncə, “Qarabağ” kağız üzərində cütün favoritidir. Hər halda, onlar meydanda da qalib gələ bilər. Çünki bu mövsümkü avrokubok matçlarında da uğurlu çıxış etdilər, iddialı rəqiblərinə qarşı çox yaxşı oyunlar sərgilədilər. Bütün bunlara görə “Qarabağ”ın favorit göründüyünü demək olar”.

Fransalı futbolçunun fikrincə, “Qarabağ”ın əsas üstünlüyü hücuma cəld və daha uğurlu keçməsidir: “Qurban Qurbanovun komandasını yaxşı tanıyıram və onlar bir sıra üstünlüklərə malikdirlər ki, rəqiblər qarşısında da bunu göstərir. Onlar necə oynamağı bacardıqlarını hamımız bilirik. Tez bir zamanda hücuma çıxırlar, topu özlərində yaxşı saxlayırlar. Heyətində bir neçə fərdi keyfiyyəti yüksək oyunçuları var”. 

PSJ-nin yetirməsi olan 29 yaşlı futbolçu Belçikada müxtəlif komandalarda oynayıb. O, “Gent”in hazırda ideal formada olduğunu da sözlərinə əlavə edib: “Doğrudur, ideal deyillər, amma pis komanda da saymaq olmaz. Hücumda o qədər də təhlükəli olduqlarını deyə bilmərəm. Sadəcə, “Gent” yaxşı müdafiə sisteminə sahibdir. Amma buna rəğmən “Qarabağ”ın qol epizodları yaratmaq üçün şansı var”. 

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk qarşılaşma fevralın 16-da evdə, cavab oyunu isə bir həftə sonra səfərdə keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0