Nuri Şahin “Borussiya"nın yeni baş məşqçisi təyin olundu
29.12.2023 - 12:18
Nuri Şahin “Borussiya"nın yeni baş məşqçisi təyin olundu

Türkiyə futbol millisinin sabiq üzvü Nuri Şahin gələn ildən “Borussiya” Dortmund komandasının baş məşqçisi olacaq.

Apasport.az xəbər verir ki, bununla bağlı Nuri Şahinlə klub arasında razılıq əldə olunub.

Nuri Şahin gələn ildən 4 il müddətinə “Borussiya” Dortmund komandasının baş məşqçisi olacaq.

Bu mövsüm isə o, “Borussiya” Dortmund komandasının hazırkı baş məşqçisi Edin Terzicin köməkçisi kimi çalışacaq.

Qeyd edək ki, Nuri Şahin Türkiyənin “Antalyaspor” komandasının baş məşqçisi idi.

writer photo
Əlirza Əlirzalı
0