“Nyukasl” müdafiəçisini satır
04.11.2022 - 15:19
“Nyukasl” müdafiəçisini satır

“Nyukasl” futbolçusu Camal Lasselsi satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 28 yaşlı müdafiəçi ilə qışda vidalaşa bilər.

O, klub rəhbərliyinin gələcək planlarına daxil deyil. Premyer Liqa təmsilçisi yanvarda Camala yolları ayırmağı təklif edəcək.

Qeyd edək ki, onun transfer qiyməti 7 milyon avro ilə dəyərləndirilir.

writer photo
Əlirza Əlirzalı
0