“Nyukasl”: Tonalinin əvəzinə Neveş
28.10.2023 - 01:02
“Nyukasl”: Tonalinin əvəzinə Neveş

“Nyukasl” diskvalifikasiya olunmuş Sandro Tonali əvəzedici axtarır.

Apasport.az saytı xəbər verir ki, komanda Ruben Neveşi heyətinə cəlb etmək niyyətindədir.

“Əl-Hilal”da çıxış edən Ruben “Nyukasl”ın baş məşqçisi Eddi Xau bəyəndiyi futbolçulardan sayılır. Klubun Səudiyyə Ərəbstanı Dövlət İnvestitsiya Fonduna məxsus olması transferin həyata keçməsində böyük rol oynaya bilər.

Qeyd edək ki, 26 yaşlı futbolçu yayda “Vulverhempton”dan “Əl-Hilal” transfer olunub. 10 oyunda meydana çıxn Neveş bir ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0