“Nyukasl” üçün 70 milyonluq yarımmüdafiəçi
15.05.2023 - 23:12
“Nyukasl” üçün 70 milyonluq yarımmüdafiəçi

“Nyukasl”ın transfer siyahısında yer alan yarımmüdafiəçilərdən birinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Dominik Soboslaini heyətinə qatmağı planlaşdırır.

“Leypsiq”in “Verder”lə Bundesliqanın XXXII turdakı oyununu Premyer Liqa klubunun skautları da izləyib. Dominik bu görüşün 90+6-cı dəqiqəsində komandasının qələbə qoluna imza atıb – 2:1.

22 yaşlı yarımmüdafiəçinin sərbəstqalma qiyməti 70 milyon avrodur. “Nyukasl” bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, cari mövsümdə 43 matça çıxan Soboslai 8 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0