"Nyukasl"dan fiziki qüsurlu insanlar üçün xüsusi FORMA
11.04.2024 - 21:44
"Nyukasl Yunayted" sponsoru "Sela" ilə birlikdə yeni nəsil forma istehsal edib.
Apasport.az xəbər verir ki, yeni növ formalar eşitmə əngəlli şəxslərə real vaxtda stadionun ab-havasını yaşamağa imkan verəcək. Maykaların istehsalında xüsusi toxunma texnologiyasından istifadə olunub. "T-shirt" stadion səslərini toxunma hisslərinə çevirə bilir.
Hazırda "Nyukasl" İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci yerdədir. Eddi Hounun komandası növbəti matçını şənbə günü, aprelin 13-də evdə "Tottenhem"ə qarşı keçirəcək.
0
0