O, “Real”dan azad agent kimi gedəcək
24.10.2022 - 00:00
O, “Real”dan azad agent kimi gedəcək

Daniel Sebalyos “Real”ı azad agent kimi tərk edəcək.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu yarımmüdafiəçi ilə müqaviləni uzatmayacaq.

Bu da Sebalyosa mövsümün sonunda azad agent statusu almaq imkanı verəcək. O, 2017-ci ilin yayında keçdiyi Madrid klubu 6 ildən sonra tərk edəcək.

Qeyd edək ki, “Betis”in yetirməsi olan Daniel “Real”da 83 oyunda 5 qol və 4 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0