Obameyanq yenidən klubunu dəyişəcək?
09.10.2022 - 23:39
Obameyanq yenidən klubunu dəyişəcək?

“Çelsi”nin hücumçusu Pyerr-Emerik Obameyanq tezliklə yenidən komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, yay fasiləsində “Barselona”nı London klubuna dəyişən qabonlu forvardın indi də Fransaya köçmək variantı yaranıb.

Çünki PSJ 33 yaşlı oyunçunun transferində maraqlıdır. Hətta Obameyanq özü də mövsümün sonunda Paris klubuna keçməyin əleyhinə deyil. O, PSJ-nin baş məşqçisi Kristof Qaltyenin rəhbərliyi altında vaxtilə “Sent-Etyenn”də çıxış edib.

Qeyd edək ki, Pyerr-Emerik Obameyanqın “Çelsi” ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0