Ödeqor daha 5 il Arsenalda
22.09.2023 - 17:01
Ödeqor daha 5 il Arsenalda

"Arsenal" kapitanı ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytı xəbər verir ki, “topçular” yarımmüdafiəçi Martin Ödeqorla danışıqların müsbət nəticələndiyini açıqlayıb.

Norveç millisinin də şərəfini qoruyan futbolçu 2028-ci ilin yayına kimi London klubunda qalacaq.
O, ingilislərin heyətinə 2021-ci ildə Madrid “Real”ından transfer olunub. 

Qeyd edək ki, bu mövsüm 7 matçda iştirak edən Ödeqor rəqib qapısından 3 top keçirib.

writer photo
Əlirza Əlirzalı
0