Okan Buruk: “Yarımmüdafiədəki boşluq üstünlük ola bilər”
29.12.2023 - 11:24
Okan Buruk: “Yarımmüdafiədəki boşluq üstünlük ola bilər”

"Fredin gəlişi ilə oyun dəyişəcək".

Apasport.az xəbər verir ki, bunu  "Qalatasaray"ın baş məşqçisi Okan Buruk deyib. 

O, Superkubokun “Fənərbaxça” ilə bugünkü matçından əvvəl təşkil edilən mətbuat konfransında qarşılaşma barədə danışıb: “O, sərbəst, universal oyunçudur. Bu da fərqlilik gətirəcək. Yarımmüdafiədə bu boşluq da bizim üçün üstünlük ola bilər. Bunu matçda daha aydın görəcəyik”.

Buruk rəqibin baş məşqçisi İsmail Kartalın Super Liqada oynanılan matçla bağlı "55-60-cı dəqiqədən sonra rəqib oyunçular özlərini yerə atıb matçın sürətini azaltmaq istədi" ifadəsinə cavab verib: “Futbolçulara hörmət etmək lazımdır. “Fənərbaxça” oyunçularına hörmət edirəm. Hər iki komandanın futbolçuları əllərindən gələni etməyə çalışırlar. Bu qarşılaşmada hər iki komandanın oyunçuları meydanda əllərindən gələni edəcəklər". 

Qeyd edək ki, bu gün saat 20:45-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək qarşılaşmada hakim Abdulkadir Bitigen fit çalacaq.

writer photo
Əlirza Əlirzalı
0