"Old Trafford"da etiraz aksiyası
16.10.2023 - 16:29
"Old Trafford"da etiraz aksiyası

"Mançester Yunayted" rəhbərliyi azərkeş etirazlarına görə "Old Trafford"da təhlükəsizliyi sərtləşdirib.

Apasport.az-ın xəbərinə görə, bu barədə klub rəhbərliyi İngiltərə Polis İdarəsini məlumatlandırıb. Məlumata görə, Mançester təmsilçisinin azarkeşləri oktyabrın 24-də Çempionlar Liqası çərçivəsində keçiriləcək "Kopenhagen"lə, oktyabrın 29-da isə Premyer Liqada baş tutacaq "Mançester Siti" ilə görüş zamanı etiraz aksiyası planlaşdırırlar.

Qeyd edək ki, tərəfdarlar klubun sahibi olan Qleyzerlərin klubu idarə etməyə davam etmələrindən narazıdı.

writer photo
Əlirza Əlirzalı
0