“Old Trafford”da tarixi qələbə
04.10.2023 - 10:39
“Old Trafford”da tarixi qələbə

Çempionlar Liqasının II turunun “Mançester Yunayted” – “Qalatasaray” oyunu maraqlı məqamlarla əlamətdar olub.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin 3:2 hesablı qələbəsi rekord və antirekordlara səbəb olub.

“Old Trafford” Türkiyə klublarının Çempionlar Liqasında üç səfər qələbəsi qazandığı ilk stadion kimi tarixə düşüb. “Qalatasaray”a qədər “Fənərbaxça” (1996-cı il) və “Beşiktaş” (2009-cu il) bu arenada 1:0 hesabı ilə qalib gəlib.

“Mançester Yunayted” cari mövsümdə keçirdiyi 10 oyunda 6-cı dəfə uduzub. Belə uğursuz start son 37 ilin antirekordudur. 1986-cı ildən sonra “qırmızı şeytanlar” heç vaxt ilk 10 oyunda bu qədər məğlubiyyət almamışdı.

İngiltərə klubu Çempionlar Liqasındakı son 14 ev görüşündə 7 məğlubiyyət alıb. Bu, öz meydanındakı əvvəlki 96 matçda qeydə alınan məğlubiyyət sayından çoxdur.

Meydan sahiblərinin futbolçusu Rasmus Hoylund Çempionlar Liqasındakı ilk iki oyununda qol vurub. O, son 4 ildə bunu bacaran ən gənc oyunçudur - 20 yaş 241 gün. Erlinq Haland dörd il öncə 19 yaş 73 günlüyündə belə məhsuldarlıq göstərib.

writer photo
Əlirza Əlirzalı
0