Oliver Kan: “Ronaldo fəlsəfəmizə uyğun gəlmir”
07.07.2022 - 17:30
Oliver Kan: “Ronaldo fəlsəfəmizə uyğun gəlmir”

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Bavariya”ya transfer edilməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu Münhen klubunun baş direktoru Oliver Kan açıqlayıb.

Ötənlərin məşhur qapıçısı bildirib ki, hazırda yeni komanda axtarışında olan portuqaliyalı superulduzun xidmətində maraqlı deyillər: “Bu transfer bizim gündəmimizdə deyil. Çünki Ronaldo bizim fəlsəfəmizə uyğun gəlmir”.

Qeyd edək ki, “Mançester Yunayted”lə müqaviləsi gələn ilin yayına qədər olan Kriştiano Ronaldo uğrunda PSJ, “Çelsi” və “Roma” mübarizə aparır.
 

writer photo
Əlirza Əlirzalı
0