Olmodan yeni müqavilə
02.06.2023 - 01:44
Dani Olmo “Leyptsiq”i tərk etməyəcək.
Apasport.az-ın məlumatına görə, ispaniyalı futbolçu komanda ilə yeni müqavilə imzalayıb.
Bir çox klubların transfer hədəfində olan Olmonun yayda komandadan gedəcəyi gözlənilirdi. Əvəzində İspaniya yığmasının üzvü “Leyptsiq”lə 2027-ci ilədək yeni razılaşma əldə edib. 2020-ci ildən alman klubunun şərəfini qoruyan Dani 122 matçda 21 qol vurub, 29 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Barselona”, “Real”və “Bavariya” Olmonu transfer etməyi planlaşdırmışdı.
- “Mançester Yunayted” onunla danışıqlara başladı
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
- "Atletik" müdafiəçisi ilə müqavilə müddətini uzadıb
- Rahil Məmmədov karyerasını Polşada davam etdirəcək
- Fərid Qayıbov “Lənkəran” İdman Klubunu ziyarət edib
0
0