Onana “qırmızı şeytan” oldu
20.07.2023 - 22:14
Andre Onanın “Mançester Yunayted”ə keçidi rəsmiləşib.
Apasport.az saytı xəbər verir ki, kamerunlu qapıçı ilə 5+1 illik müqavilə imzalanıb.
“İnter” bu keçiddən 52,5 milyon avro qazanıb. Mançester klubu qeydə alınan nəticələrə, əsasən, 5 milyon əlavə bonuslar ödəyəcək. Onana bu gün “İnter”in futbolçuları və azarkeşləri ilə vidalaşıb. O, sosial şəbəkə vasitəsilə onlara təşəkkür edib.
Qeyd edək ki, “Mançester Yunayted” az əvvəl əsas qapıçısı De Xea ilə yollarını ayırmışdı.
0
0