Osimhen "Napoli"də qaldı
24.12.2023 - 10:29
Osimhen "Napoli"də qaldı

“Napoli” aparıcı futbolçusu ilə müqaviləni yeniləyib.

Apasport.az xəbər verir ki, hücumçu Viktor Osimhen Neapol klubunu tərk etməyəcək.

24 yaşlı futbolçunun klubla danışıqları müsbət sonluqla bitib. Razılaşmaya əsasən Nigeriya millisinin forvardı 2026-cı ilin yayına kimi “Napoli”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Osimhen 2020-ci ilin sentyabrında A seriyası təmsilçisinin heyətinə cəlb edilib. Bu mövsüm 
17 matçda meydana çıxan forvard 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0