Papenin rekordu təkrarlandı
24.01.2023 - 12:04
Papenin rekordu təkrarlandı

Kilian Mbappe Fransa kubokunun ən yaxşı bombardiri adına şərik olub.

Apasport.az saytının məlumatına görə, PSJ-nin hücumçusu turnirdə keçirdiyi 25 matçda 29 qol vurub.

O, indiki klubu və “Monako”da buna nail olub. Mbappe turnirin tarixində ən çox qol vuran Jan-Pyer Papenə çatıb. Fransa yığmasının sabiq hücumçusu “Marsel” və “Bordo”nun heyətində fərqlənib. İlk “üçlüy”ü 28 qol vuran Pedro Pauleta qapayır.

Qeyd edək ki, Mbappe 1/16 finalın “Pay de Kassel”lə görüşündə (7:0) beş qol vurub.

writer photo
Əlirza Əlirzalı
0