Paytaxt klubunda itki: Mövsümü bitirdi
13.02.2023 - 15:00
Paytaxt klubunda itki: Mövsümü bitirdi

“Tottenhem”in futbolçusu Rodriqo Bentankur mövsümü bitirib.

Apasport.az saytının məlumatına görə, bunu London klubunun mətbuat xidməti açıqlayıb.

26 yaşlı yarımmüdafiəçi XXIII turun “Lester”lə matçında xəsarət alıb. 

Uruqvaylı futbolçu paytaxt təmsilçisinin 1:4 hesabı ilə uduzduğu görüşdə qol vurub. Bentankur zədə üzündən 65-ci dəqiqədə əvəzlənib. Əməliyyat olunacaq Bentankur cari mövsüm meydana çıxa bilməyəcək.

Qeyd edək ki, cənubi amerikalı mövsümün 26 matçında 6 qol və 2 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0