“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Pedri dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, gənc futbolçu DÇ-2022-nin favoritlərini bildirib.
Pedri İspaniya ilə yanaşı, daha bir komandaya azarkeşlik edəcəyini söyləyib: “Turnir başlamazdan əvvəl təxmin etmək çətindir. Necə oynayacağımızı görmək lazımdır. Yaxşı komandamız var və çempionluq üçün çalışmalıyıq. Ən yaxşı favoritə gəlincə, Braziliya ilə Argentina heyranedicidir. Məncə, Messi qələbəyə layiqdir. Ümid edirəm ki, biz qalib gələcəyik. Amma İspaniya dünya çempionatını qazanmasa, o zaman Leolu Argentina qalib gəlsin”.
Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 20-də başlayacaq. İspaniya yer aldığı qrupda ilk oyununu noyabrın 23-də Kosta-Rikaya qarşı keçirəcək.