Pep Qvardiola: “Bu il 2 “Qızıl top” verilməlidir”
30.10.2023 - 10:46
Pep Qvardiola: “Bu il 2 “Qızıl top” verilməlidir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qeyri-adi təklif irəli sürüb.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Qızıl top” mükafatının iki futbolçuya verilməsini istəyir.

O bildirib ki, həm Lionel Messi, həm də Erlinq Haland mükafata layiqdir: “Qızıl top”u Messi qazanarsa, ədalətli qərar olacaq. Çünki dünya kubokunu qazanıb. Əgər Haland qazanarsa, ötən mövsüm keçirtdiyi performansına görə doğru qərar olacaq. Bu il 2 “Qızıl top” verilməlidir. İkisi də bu mükafatı haqq edir”.

Qeyd edək ki, 52 yaşlı mütəxəssis hər 2 futbolçu ilə uzun müddət bir yerdə çalışıb.
 

writer photo
Əlirza Əlirzalı
0