Pikenin qayıdış planı
04.01.2023 - 16:15
Pikenin qayıdış planı

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Jerar Pike karyerasını bərpa etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı ispan müdafiəçi sahibi olduğu “Andorra”da oynamaq istəyir.

Bu komanda İspaniya çempionatının ikinci divizionunda çıxış edir. Lakin Pikenin burada oynamasına liqanın maliyyə qaydaları mane ola bilər.

Qeyd edək ki, Pike ötən ilin payızında karyerasını bitirdiyini açıqlayıb.
 

writer photo
Əlirza Əlirzalı
0