Pioli Ronaldonun yeni baş məşqçisi ola bilər
17.09.2024 - 12:13
Pioli Ronaldonun yeni baş məşqçisi ola bilər

“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”ə rəhbərlik edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər müqavilənin şərtləri ilə bağlı fəal danışıqlar aparır.

Daha əvvəl Piolinin "Real Madrid"in keçmiş ulduzu Kərim Benzemanın çıxış etdiyi “Əl-İttihad”a rəhbərlik edəcəyi bildirilirdi.

Bununla belə, Stefano və "Əl-İttihad" arasındakı razılaşma uğursuzluğa düçar oldu.

"Əl-Nəsr" bu yaxınlarda Luis Kastronu istefaya göndərib və Pioli hazırda komandanın prioritet namizədidir.

Xatırladaq ki, Stefano daha əvvəl İtaliya çempionatının qalibi olan "Milan"dan ötən yay ayrılmışdı.

 

writer photo
Əlirza Əlirzalı
0