Pley-off üçün qollu KUPON
01.06.2022 - 14:43
Pley-off üçün qollu KUPON

La Liqaya vəsiqə uğrunda pley-offda “Tenerife” ilə “Las-Palmas” üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görıə, bugünkü qarşılaşma həm bukmekerlər, həm proqnozsevərlər, həm də ekspertlərin maraq dairəsindədir.

Futbol matçlarına verdiyi proqnozlarla tanınan Sergey Dolotov da İspaniyadakı görüşlə bağlı təxminini açıqlayıb. O, təklif etdiyi kuponda qarşılıqlı qollar gözləyir:

Pley-offun açılışı Kanar adaları klublarının derbisi ilə gerçəkləşəcək. “Tenerife” çempionatda 5-ci, “Las-Palmas” 4-cü yerə yüksəlib. Meydan sahibləri finişi bərbad keçirərək ardıcıl 3 məğlubiyyət alıb. İndi pley-offun sırasıdır ki, burada əsas rolu konkret matça köklənmək oynayacaq.

“Las-Palmas” isə əksinə, gözəl finişlə öyünə bilər. 11 oyundur uduzmayan komanda bu müddətdə cəmi 2 heç-heçə edib və son 5 matçda qələbələri sıralayıb. Şəxsi oyunların ümumi baıansı “Las-Palmas”ı aşkar favoritə çevirir. Amma bir oyun və qarşılaşmanın “Tenerife”nin meydanında olması üzündən bununla razı deyiləm.

Pley-offların süjeti daim fərqliliyi ilə seçilib. Ötən il hər iki cütdə ilk matçlardan sonra hər şey gün kimi aydın idi. Bir il əvvəl isə sonadək gərginlik qalmaqda idi və aşağı məhsuldarlıq qeydə alınmışdı. “Las-Palmas” cari mövsüm rəqibini səfərdə 1:0, evdə 2:1 hesabı ilə məğlub edib. Amma bu dəfə qalibin olacağına inanmıram. Əvəzində hər iki komandanın qol vuracağını düşünürəm.

Proqnozum: Q/Q
 

writer photo
Əlirza Əlirzalı
0